Analitik Tələb Və Təklif Modeli

əmtəə və xidmətlər istehlakının bu və ya digər amildən asılılığını xarakterizə edən tənliklər şəklində qurulmuş iqtisadi-riyazi model.
Analitik Model
Analitik Uçot
OBASTAN VİKİ
Tələb və təklif
Tələb və təklif (ərəb. طلب و تکلیف‎, ing. Demand and supply, rus. Спрос и предложение) —iqtisadiyyatda ən əsas anlayışlardan biridir. Bu model tələb və təklifin qiymətə necə dəyişildiyini və bazarda müvazinətin əmələ gəlməsini göstərir. Mikroiqtisadiyyatda əsasən bir müəyyən məhsul bazarı araşdırılır, makroiqtisadiyyatda isə bütun məhsullar üzrə ümumi tələb və təklif nəzərə alınır. Tələb istehlakçıların müəyyən bir qiymətə və müddətdə məhsulu hansı miqdarda almağa hazır və imkanı olduğunu göstərir. Qrafikdə tələb əyri kimi ifadə olunur, və əsasən qiymətdən mənfi və ya tərs şəkildə asılıdır. Tələb əyrisi – əmtənin qiyməti ilə ona olan tələbin həcmi arasındakı əlaqəni əks etdirən əyridir. Bu asılılıq tələbin qanununa müvafiqdir: bütün digər şərtlər dəyişməyən halda (ceteris paribus), qiymətin artımı tələbin düşməsinə səbəb olur.
Məcmu tələb-məcmu təklif modeli
AD-AS modeli makroiqtisadiyyatı başa düşmək üçün yaradılan standard dərslik modelidir. Bu model Məcmu Tələbin Məcmu Təklifə bərabər olduğu haldakı qiymət səviyyəsini və real istehsal həcmini göstərir. Məcmu tələb əyrisi aşağı meyillidir. Bu da aşağı qiymət səviyyəsində istehsala daha çox tələb olmasını göstərir. Məcmu tələbin aşağı meylli olmasına 3 effekt təsir göstərir: Piqu və ya real balans effekti. Əgər ölkədə real qiymətlərin səviyyəsi aşağı enirsə, real sərvət artır. Yəni, qiymətlər enirsə alıcı 1 manatla daha çox məhsul ala bilir, bu da məcmu tələbi artırır. Keyns və ya faiz dərəcəsi effekti. Məhsulların qiyməti düşürsə, pula olan tələb azalır. Bu faiz dərəcəsini aşağı endirir.
Analitik
Analitik (alm. Analityk‎; fr. Analytique; ing. Analytic; yun. analytike)- Aristoteldə formal məntiqlə eyni mənada işlədilir: birinci analitiklər, ikinci analitiklər və s. XX əsr fəlsəfəsində cərəyandır, mahiyyət etibarilə fəlsəfənin ənənəvi qrupları, istiqamətləri, həmçinin problemlərin məzmununun aydınlaşdırılmasını dilin təhlilində görən ayrı-ayrı filosofları birləşdirir. Müasir dönəmdə analitik informasiya termini daha çox işlədilir. Analitik informasiya daha ətraflı, izahlı xəbər deməkdir.
Tələb
Tələb (ing. demand) — istehlakçıların müəyyən bir qiymətə və müddətdə məhsulu hansı miqdarda almağa hazır və imkanı olduğunu göstərir. Qrafikdə tələb əyri kimi ifadə olunur, və əsasən qiymətdən mənfi və ya tərs şəkildə asılıdır. Bu asılılıq tələbin qanununa müvafiqdir: bütün digər şərtlər dəyişməyən halda, qiymətin artımı tələbin düşməsinə səbəb olur. Bu qanun istehlakçıların seçimi üzrə müşahidələrə və sağlam və rasional düşüncələrə uyğun gəlir. Yüksək qiymət nə isə almağa niyyətini azaldır, və pərakəndə ticarətdə baş verən güzəştlər və satışlar müştəriləri cəlb etmək məqsədini daşıyırlar. Bundan başqa, hər bir yeni məhsul istehlakçıya azalan əlavə fayda gətirir. Misal üçün, ikinci yeyilən dönər daha az fayda gətirir, nəinki birinci. Ona görə əlavə məhsulu almağa daha aşağı qiymət səbəb ola bilər. Qiymətin dəyişməsi həm də sərvət və əvəz etmə effektlərinə yol verə bilər.
Təklif
Təklif - istehsalçıların müəyyən bir qiymətə və müddətdə məhsulu hansı miqdarda satmağa hazır və imkanı olduğunu göstərir. Tələb kimi, o, qrafikdə əyri kimi ifadə olunur, və əsasən qiymətdən müsbət və ya düz şəkildə asılıdır. Təklifə də müvafiq olan qanun mövcüddur: bütün digər şərtlər dəyişməyən halda, qiymətin artımı təklifin artmasına da səbəb olur. Qiymət istehsalçı üçün gəlirin göstəricidir, ona görə də yüksək qiymət onu bazara daha çox mal təklif etmək və satmaq təşviq edir. İstehlakçıların müəyyən zaman kəsiyində satmaq istədikləri və satmağa qadir olduqıarı əmtəə və ya xidmətlərin miqdarına təklifin həcmi deyilir. Təklifin artımına (təklif əyrinin sağa çəkilməsi) və ya azalmasına (təklif əyrinin sola çəkilməsi) səbəb ola bilən bir neçə amillər mövcüddur. Bunlardan: Vəsaitlərin qiyməti. İstehsalın xərcləri və təklif arasında sıx əlaqə var. Hər əlavə ədəd istehsal etmək üçün daha baha vəsaitlərə pul ayrılmaq lazımdır. Misal üçün, əgər ağacın qiyməti düşsə, kağızın təklifi artıra bilər.
Analitik dillər
Analitik dillər — Müxtəlif qrammatik əlaqələri ifadə etmək üçün söz sırasından, köməkçi sözlərdən, intonasiya vasitələrindən, əvəzliklərdən və s. istifadə edən dillər. Məs.: fransız, ingilis, alman dilləri analitik dillərdəndir.
Analitik fəlsəfə
Analitik fəlsəfə (ing. Analytic philosophy) — XX əsrin ənənəvi fəlsəfi dünyagörüşlərinə qarşı çıxmaqla yaradılmış fəlsəfi bir məktəb. Bu məktəb həmçinin analiz, lingivistik analiz, məntiqi analiz, fəlsəfi analiz, Kembric (Canbridge) analiz məktəbi və Oksford fəlsəfəsi kimi adlarla da tanınmışdır. == Yaradıcılar və nümayəndələr == Analitik fəlsəfənin qurucuları Kəmbric filosoflari G. E. Moore və Bertrand Russell olmağla birlikdə hər iki filosof da Alman filosofu və riyaziyyatçi Gottlob Frege və bu fəlsəfənin ən görkəmli nümayəndələrindən (Alman və Avstriya əsilli) Ludwig Wittgenstein, Rudolf Carnap, Kurt Gödel, Karl Popper, Hans Reichenbach, Herbert Feigl, Otto Neurath ve Carl Hempel kimi alimlərdən təsirlənmişdilər. İngiltərədə Rusell və Mooreni C. D. Broad, L. Stebbing, Gilbert Ryle, A. J. Ayer, R. B. Braithwaite, Paul Grice, John Wisdom, R. M. Hare, J. L. Austin, P. F. Strawson, William Kneale, G. E. M. Anscombe və Peter Geach, Amerikada isə Max Black, Ernest Nagel, C. L. Stevenson, Norman Malcolm, W. V. Quine, Wilfrid Sellar və Nelson Goodman Avstralya'da A. N. Prior, John Passmore və J. J. C. Smart davam etdirmişdir. == Əsas yanaşma == Analitik fəlsəfə mütləq varlığı və idealist görüşünə qarşı çıxmış bir istiqamətdir. Analitik fəlsəfədə biliklərlə bağlı anlayışların linqivistik cəhətdən analiz edilməsi və fəlsəfədə qarışıq və mürəkkəb mənalı kəlimələrin və ya anlayışların, hətta yanlış qurulan sualların təhlili ilə məşğul olur. == Analitik fəlsəfə barədə əlavə məlumatlar == Analitik fəlsəfə pozitivizmin 20-ci əsrdəki müasir şəklidir. Neo-pozitivizm və ya məntiqçi pozitivizm olaraq da bilinən bu anlayışa görə fəlsəfənin əsl məşğuliyyət sahəsi dildir. Bu yanaşmaya görə fəlsəfə varlıq, dəyər və tanrı barəsində doğruluğu test edilə bilməyən təlimlər irəli sürməməlidir.
Analitik həndəsə
Analitik həndəsə- həndəsə bölməsi; nöqtə, düz xətt, müstəvi, vektor, ikitərtibli xətt, ikitərtibli səth və onlara dair məsələləri öyrənir. Həndəsi işə Cəbriyyə analizi tətbiq edən və Cəbriyyə problemlərin həllində həndəsi anlayışları istifadə edən bir riyaziyyat sahəsi. Rene Dekart cəbr və həndəsəni birləşdirən analitik həndəsənin ixtiraçısıdır. Əsas tədqiqat vasitələri koordinat üsulu və cəbri üsullardır. Koordinat üsulu 17-ci əsrdə astronomiya, mexanika və texnikanın sürətli inkişafı ilə əlaqədar yaradılmışdır. Müasir dövrdə düzbucaqlı Dekart koordinat sistemindən başqa daha ümumi olan afin koordinat sistemi və digər koordinat sistemlərindən istifadə edilir. Düz xətt üzərində nöqtənin bir, müstəvi üzərində iki (x – absis, y – ordinat), fəzada isə üç (x – absis, y – ordinat, z – aplikat) koordinatı olur. Müstəvi üzərində xətt koordinatları f(x,y)=0 tənliyini ödəyən nöqtələr çoxluğu kimi tərif olunur. f(x,y) funksiyası x və y dəyişənlərinə nəzərən n dərəcəli çoxhədli olarsa, f(x,y)=0 xəttinə n tərtibli cəbri xətt deyilir. Analitik həndəsədə bir və ikitərtibli cəbri xətlər öyrənilir.
Analitik kimya
Analitik kimya — maddələrin tərkibinin tədqiqat metodları haqqında elm. Analitik kimyanın predmeti analiz metodları işləyib hazırlamaq, onların praktiki həyata keçirilməsini müəyyənləşdirməklə yanaşı bu metodların nəzəri əsaslarını yaratmaqdan ibarətdir. O iki müxtəlif bölmədən ibarətdir: keyfiyyət analizi (vəsfi analiz) və miqdari analiz. Vəsfi analiz üsullarının köməyi ilə bizi maraqlandıran maddənin hansı kimyəvi komponentlərdən təşkil olunduğunu müəyyən etmək olar. Miqdari analizin məqsədi analiz olunan maddənin tərkibinə daxil olan kimyəvi elementlərin miqdarca nisbətini müəyyən etməkdir. Eləcə də analiz olunan nümunənin vahid həcminə və ya kütləsinə daxil olan elementin və ya digər tərkib hissəsinin kütləsini və ya qatılığını bilmək çox vacibdir. == Növləri == Kimyəvi analiz sırasıyla kalitatif (keyfiyyət) və kantitatif (nicel) olmaq üzrə iki şəkildə tətbiq olunur. Bir maddənin hansı komponentlərdən (element və ya mürəkkəblərdən) meydana gəldiyini tapmağa yarayan analiz növünə kalitatif; bu komponentlərdən hər birinin nə formada olduğunu tapmağa yarayan analiz növünə də kantitatif analiz deyilir. Kantitatif analiz, metodlar cəhətdən klassik və müasir olmaq üzrə ikiyə ayrılar. Klassik metodlar maddənin ağırlıq və həcm xüsusiyyətlərinə söykənən metodlardır.
Analitik mexanika
Analitik mexanika — klassik mexanika (nəzəri mexanika) bölməsi; maddi nöqtələr və ya cismlər sisteminin sonlu sayda parametrlərlə dəqiq müəyyən edilə bilən vəziyyətini öyrənir. == Haqqında == Analitik mexanika əsasən, mümkün yerdəyişmələr prinsipi, kanonik çevirmələr (tənliklər), hərəkətin dayanıqlığı, cazibə nəzəriyyəsi və s. məsələləri əhatə edir. Analitik mexanika ayrıca elmi fənn kimi 18-ci əsrdə yaranmışdır. Bu, analitik rabitələr, ümumiləşmiş koordinatlar, sərbəstlik dərəcəsi və s. sahəsində görkəmli alimlərin (L. Eyler, J. D’Alamber, J. Laqranj və başqaları) elmi işlərinin sayəsində olmuşdur. Analitik mexanika sonrakı inkişafına mümkün yer dəyişmələr prinsipi, ümumiləşmiş impuls, Hamilton funksiyası, inteqral invariantları, hərəkətin dayanıqlığı və s. sahəsində mühüm tədqiqatları olan K.Qauss, U.Hamilton, K.Yakobi, M. Ostroqradski, A. Puankare, A. Lyapunov və başqa alimlərin işləri təkan vermişdir. Analitik mexanika metodları nəzəri fizikanın bir çox sahələrinə (klassik sahə nəzəriyyəsi, kvant mexanikası, nisbilik nəzəriyyəsi və s.) də tətbiq edilir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Analitik psixologiya
Analitik psixologiya — psixodinamik istiqamətlərdən biri. Analitik psixologiyanın banisi K.Q.Yunq Freydin libidonu psixi enerji kimi interpretasiya etməsinə, nevrozların seksual mənşəli olduğunu iddia etməsinə, psixikanıkompensasiya prinsipi ilə işləyən qapalı avtonom sistem kimi təqdim etməsinə və s. etiraz edərək, insan psixikasında fərdi qeyri-şüurilikdən savayı, həm də daha dərin bir qatın – kollektiv qeyri-şüurilik mövcud olduğunu iddia edir. Yunqa görə bu kollektiv qeyri-şüuriliyin məzmununu bilavasitə müşahidə obyekti olmayan, lakin ətraf aləmdəki proyeksiyaları vasitəsilə qavranıla bilən ümumbəşəri ilk obrazlar – arxetiplər təşkil edir, hansılar ki, özlərini daha çox müxtəlif mifologiyalarda, simvolikalarda və s. büruzə verir.
Effektiv tələb
Effektiv tələb bazarda — başqa bir bazarda alıcılar məhdudlaşdırıldıqda ortaya çıxan məhsul və ya xidmətə olan tələbdir. Alıcılar başqa bir bazarda məhdudlaşmadığı zaman meydana gələn şərti tələblə ziddiyyət təşkil edir. Bütövlükdə mallar üçün məcmu bazarda şərti və ya effektiv olan tələb məcmu tələb adlanır. Səmərəli təklif anlayışı effektiv tələb anlayışına bənzəyir. Bazarlar daima tarazlıq qiymətlərini saxlamadıqda təsirli tələb və ya təklif konsepsiyası aktualdır. == Tələb effektlərinə nümunələr == Nümunə olaraq əmək bazarından əmtəə bazarına axını vurğulamaq olar. Əmək bazarında əgər tarazlıq varsa və insanlar təklif etmək istədikləri bütün əməyi təmin edə bilmirlərsə, təklif edə biləcəkləri məbləğ mallara olan tələblərinə təsir edəcək; tədarük edilə bilən əmək miqdarının məhdudlaşdırılması şərtilə mallara olan tələb, onların mallara olan təsiridir. Əksinə, əmək bazarında balanssızlıqlar olmasaydı, fərdlər eyni vaxtda həm tədarük etmək üçün əməyin miqdarını, həm də alacaq malların miqdarını seçər, ikincisi isə mallara olan şərti ehtiyacları olardı. Bu nümunədə mallara təsirli tələb mallara olan şərti tələbdən az olacaqdır. Əksinə, mal bazarında çatışmazlıq olarsa, insanlar əmək bazarında tarazlıq olsaydı, olduğundan daha az əmək sərf etməyi (və daha çox boş vaxt keçirməyi) seçə bilərlər.
Məcmu tələb
Məcmu tələb əyrisi açıq bir iqtisadiyyatda bütün xərclərin cəmi kimi ifadə edilir: AD= C+I+G+NX C- istehlak xərcləri; I- investisiyalar; G- dövlət xərcləri; NX- xalis ixrac, (NX= İxrac - İdxal). Bu halda AD əyrisi hər qiymət səviyyəsində ev təsərrüfatlarının, firmaları və dövlətin almaq istədiyi əmtəə və xidmətlərin həcmini əks etdirəcək. Başqa sözlə, AD əyrisi yuxarıda göstərilən bütün istehlak, investisiya, xalis ixrac və dövlət xərclərini təmsil edir. AD əyrisindəki dəyişmələrə səbəb ola biləcək amillər 3 qrupda əks olunur: Gözlənmələr; Xaricilərin gəlirləri və valyuta kursu; Dövlət siyasəti. Ev təsərrüfatları gələcəkdə gəlirlərində artım gözləyirlərsə, daha çox istehlak edəcəklər. Bu məcmu tələbin artmasına gətirib çıxaracaq və AD əyrisi sağa sürüşəcək. Bunun əksi olaraq gəlirlərin azalması gözlənilirsə, AD əyrisi sola doğru hərəkət edəcək. Bu hal firmalara da aiddir. Belə ki, firmalar gələcəkdə iqtisadiyyatda canlanma gözləyirlərsə, investisiya yönümlü xərclərini artıracaqlar. Bu məcmu tələbdə artışa və AD əyrisinin sağa doğru irəlləməsinə səbəb olacaq.
Tələb zəmanəti
Tələb zəmanəti (fr. garantie autonome) — fransız mülki hüququnda muxtar zəmanət, öhdəliklərin yerinə yetirilməsi üçün üç növ şəxsi təhlükəsizlik növündən biridir. Bu zəmanət sayəsində zamin şəxs üçüncü bir şəxsin üzərinə götürdüyü öhdəliyi nəzərə alaraq ya kreditorun ilk tələbi ilə, ya da müqavilədə nəzərdə tutulmuş başqa bir qaydada müəyyən miqdarda pul ödəmək öhdəliyini götürür. Öhdəliklərin yerinə yetirilməsi üçün şəxsi təhlükəsizliyin digər iki növü zaminlik (xəbərdarlıq) və niyyət memorandumudur (lettre d’intention). Hər hansı digər zəmanət kimi, muxtar bir zəmanət də borclunun öz öhdəliklərini yerinə yetirməsini təmin etmək üçün hazırlanmışdır. Bununla birlikdə, bu zəmanət, zəmanətçinin onlara zəmanət verilmiş öhdəliklə bağlı hər hansı bir etiraz bildirmək hüququna malik olmadığı xüsusiyyətinə malikdir. Bundan əlavə, zaminin borclunun əmlakından əvvəl borc götürülməsini (bénéfice de discussion) və ya öhdəliyinin bölüşdürülməsini (bénéfice de division) kreditordan tələb etməsinə icazə vermir. Əksinə bir razılaşma olmadığı təqdirdə, muxtar zəmanətlə müəyyən edilmiş təminat, zəmanət verilmiş öhdəliyə əməl etmir, çünki təbiətinə görə yalnız şəxsi və daşınmaz əmlakla təmin olunur. Benefisiar (faydalanan) tərəfindən aşkar şəkildə sui-istifadə (dələduzluq) və ya saxtakarlıq və ya tələb irəli sürən şəxslə sövdələşmə halında, zamin onun öhdəliyi ilə bağlı deyildir. Fransız qanunlarındakı xüsusi müddəalara əsasən, muxtar zəmanət miras hüququnda da istifadə olunur.
Tələb şoku
Tələb şoku iqtisadiyyatda (ing. demand shock) — mallara və ya xidmətlərə tələbi müvəqqəti artıran və ya azaldan qəfil bir hadisədir. Müsbət tələb şoku ümumi tələbi (ÜM) artırır və mənfi tələb şoku ümumi tələbi azaldır. Malların və xidmətlərin qiymətləri hər iki halda da təsir göstərir. Mallara və ya xidmətlərə tələb artdıqda, tələb əyrisinin sağa doğru dəyişməsi səbəbindən qiymətləri (və ya qiymət səviyyəsi) artır. Tələb azaldıqda, tələb əyrisinin sola doğru dəyişməsi səbəbindən qiyməti azalır. Tələb şokları vergi dərəcələri, pul təklifi və dövlət xərcləri kimi şeylərdə baş verə bilər. Məsələn, vergi ödəyiciləri vergi endirimlərindən sonra hökumətə daha az borc verirlər, beləliklə şəxsi xərcləri üçün daha çox pul azad edirlər. Vergi ödəyiciləri mal və xidmətlər almaq üçün puldan istifadə etdikdə qiymətləri qalxır. 2002-ci ilin noyabr ayında İngiltərədəki əlverişsiz iqtisadi vəziyyətin ortasında İngiltərə Bankının direktoru Mervin Kinq, daxili iqtisadiyyatın yaxın gələcəkdə "güclü mənfi tələb şokuna" səbəb ola biləcəyi qədər balanssız olduğunu xəbərdar etdi.
Tələb əyrisi
Tələb əyrisi — müəyyən bir əmtəənin və ya xidmətin qiyməti ilə istehlakçının eyni qiymətə satın ala bildiyi və ya almaq istədiyi əmtəənin miqdarı arasındakı əlaqəni göstərən qrafikdir. Tələbin qrafik təsviridir. == Tərifi == K. R. Makkonnell və S. L. Brüya əsasən, tələb əyrisi, müəyyən bir vaxtda müxtəlif qiymətlərlə alıcıların nə qədər iqtisadi mal almağa hazır olduğunu göstərən əyridir. Tələb funksiyası — ona təsir edən müxtəlif amillərdən asılı olaraq tələbi müəyyən edən funksiyadır == Fərdi və bazar tələbi == Bütün istehlakçılar üçün ümumi tələb əyrisi hər bir istehlakçı üçün fərdi olaraq ortaya çıxan tələb əyrisidir. Tələb əyrisinin özü əyri formasını ala bilər, lakin bəzən düz xətt də ola bilər. Bazar tələb əyrisi bazardakı bütün istehlakçıların fərdi tələb əyrilərinin üfüqi şəkildə birləşdirilməsi ilə formalaşan fərdi tələb əyrilərinin cəmidir. == Tələbin müəyyənediciləri == Qeyri-qiymət amilləri tələbin artmasına səbəb olarsa, tələb əyrisi sağa və yuxarıya, qeyri-qiymət amilləri tələbin azalmasına səbəb olarsa, sola və aşağıya doğru dəyişə bilər. Tələbin qeyri-qiymət amilləri bunlardır: İstehlakçı üstünlükləri, onların zövqləri; Alıcıların sayında dəyişiklik; Əhalinin pul gəlirləri; Bir-birini əvəz edən və bir-birini tamamlayan malların qiymətləri; İstehlakçı gözləntiləri. == Tələb əyrisinin tətbiqi == Tələb əyriləri rəqabətli bazarlarda agentlərin davranışını qiymətləndirmək üçün istifadə olunur və çox vaxt balanslaşdırılmış və ya tarazlıq qiymətini (bütün satıcıların satmağa və bütün alıcıların almaq istədiyi qiymətə) hesablamaq üçün təklif əyriləri ilə birlikdə nəzərdən keçirilir. bazar klirinq qiyməti kimi tanınır) və bazarda tarazlıq miqdarı (təklifin həddindən artıq artması və ya tələbin həddindən artıq azalması olmadan istehsal və satılacaq əmtəə və ya xidmətlərin həcmi).
Məcmu təklif
Məcmu təklif əyrisi hər qiymət səviyyəsində firmaların istehsal edib satmaq istədikləri əmtəə və xidmətlərin məcmu dəyərini əks etdirir. Məcmu təklif araşdırılanda dövr fərqlilikləri vacibdir. Qısamüddətli məcmu təklif əyrisi SRAS müsbət bir meylliliyə malikdir. Uzunmüddətli məcmu təklif əyrisi LRAS şaquli qəbul edilir. Çünki, uzunmüddətli dövrdə məcmu təklif qiymətdən deyil, digər amillərdən asılıdır. Ümumiyyətlə, məcmu təkliflə bağlı amillər aşağıdakılardır: Resurs qiymətləri; Texnalogiya; Gözləntilər. İstehsal prosesini xammal və digər resusrlar olmadan təsəvvür etmək mümkün deyildir. Buna görə məhsul istehsal edən firmalar istifadə edəcəkləri resurların qiymətlərini araşdırırlar. Xammal qiymətlərindəki artım firmalar üçün xərcləri də yüksəltdiyindən müəssisənin istehsal miqdarı, eləcə də makroiqtisadi səviyyədə məcmu təlklif azalacaqdır. Texnologiyadakı inkişaf müəssisələrin daha səmərəli fəaliyyət göstərməsinə, daha çox məhsul istehsal etməsinə və nəticədə mənmu təklifi artırmasına səbəb olur.
Təklif iqtisadiyyatı
Təchizata əsaslanan iqtisadiyyat, və ya təklif iqtisadiyyatı (ing. supply-side economics) — makroiqtisadi nəzəriyyə, buna görə malların və xidmətlərin istehsalında (tədarükü) maneələrin azaldılması, yəni vergilərin azaldılması və dövlət tənzimləməsinin yaratdığı qadağaların qaldırılması yolu ilə iqtisadi böyümənin effektiv şəkildə stimullaşdırıla biləcəyi. Bu vəziyyətdə istehlakçı daha aşağı qiymətə daha çox mal və xidmət alır. Vergilər 100% mənfəətdirsə, istehsal zərərlidir və vergi gəlirləri sıfıra enir, sanki vergi dərəcəsi sıfıra bərabərdir. Maksimum vergi yığımı, vergi səviyyəsinin müəyyən bir ara dəyərində 0 ilə 100% arasında mümkündür. Bu səbəbdən həm vergi nisbətində artım, həm də azalma vergi yığımlarının artmasına səbəb ola bilər və vergi siyasətindəki dəyişikliklərin təsirini proqnozlaşdırmaq üçün hesablamalar aparılmalıdır. Məsələn, 2003-cü ildə ABŞ Konqresinin Büdcə Ofisi vergi yükünün azalacağı gözlənilən zaman vergi gəlirlərinin dəyişməsini proqnozlaşdırmaq üçün araşdırmalar aparmışdır. Hesablama modellərinin əksəriyyətində eyni nəticə əldə edilmişdir: vergilərin o dövrdə mövcud olan səviyyədən endirilməsi vergi yığımlarının artmasına səbəb olmayacaqdır Əslində, tədarük tərəfli iqtisadiyyat termini 1970-ci illərdə ortaya çıxdı və qurucuları məşhur iqtisadçılar Robert Mandell və Artur Laffer hesab olunurlar. Təchizat iqtisadiyyatının inkişafı 1970-ci illərdə ABŞ nəzəriyyəsinə əsaslanan ABŞ və digər Qərb ölkələrindəki iqtisadi siyasətin uğursuzluğuna cavab olaraq başladı. M. Keyns.
Təklif qanunu
Təklif qanunu — digər amillər sabit qalmaq şərti ilə, əmtəənin qiyməti enəndə təklifin həcminin azalması, əksinə qiymət yüksələndə isə təklifin həcminin artmasını əks etdirir.
Təklif şoku
Təklif şoku — məhsul və ya xidmətin və ya ümumiyyətlə mal və xidmətlərin tədarükünü birdən-birə artıran və ya azaldan bir hadisədir. Bu qəfil dəyişiklik bir malın və ya xidmətin tarazlıq qiymətini və ya iqtisadiyyatda ümumi qiymət səviyyəsini təsir edir. Qısamüddətli perspektivdə iqtisadiyyat səviyyəsində mənfi təklif şoku ümumi təklif əyrisini sola doğru dəyişəcək, hasilatı azaldacaq və qiymət səviyyəsini qaldıracaq. Məsələn, neft embarqosu, mənfi təklif şoku yarada bilər, çünki neft geniş çeşidli malların istehsalında əsas amildir. Təklif şoku, bahalaşan qiymətlər və istehsalın azalması ilə əlaqəli stagflyasiyaya səbəb ola bilər. Qısamüddətli perspektivdə iqtisadiyyat miqyasında pozitiv təklif şoku ümumi təklif əyrisini sağa doğru dəyişəcək, istehsalı artıracaq və qiymət səviyyəsini aşağı salacaq . Müsbət tədarük şoku, istehsalın daha səmərəli olmasına və bu səbəblə də istehsalın artmasına səbəb olan texnoloji bir irəliləyiş (texnoloji şoku) ola bilər. Sağdakı diaqram mənfi təklif şokunu göstərir; Başlanğıc mövqe A nöqtəsindədir və P1 qiymət səviyyəsində Y1 çıxış miqdarı istehsal edir. Təklif şoku olduqda, bu ümumi təklifə mənfi təsir göstərir: təklif əyrisi sola (AS1-dən AS2-yə) doğru dəyişir, tələb əyrisi isə eyni vəziyyətdə qalır. Tələb və təklif əyrilərinin kəsişməsi indi hərəkət etdi və tarazlıq artıq B nöqtəsidir; kəmiyyət Y2-yə, qiymət səviyyəsi P2-yə qaldırıldı.
Təklif əyrisi
Təklif əyrisi — satıcıların müəyyən bir müddət ərzində bazarda müxtəlif qiymətlərlə satışa təqdim etdikləri mal və ya xidmətin miqdarını göstərən əyri. == Tərifi == K.R. Makkonnell və S.L. Bruya görə satıcıların müəyyən müddət ərzində bazarda müxtəlif qiymətlərlə satışa təqdim etdikləri mal və ya xidmətin miqdarını göstərən əyridir. == Fərdi və məcmu təklif == Həm fərdi təklifi (müəyyən bir satıcıdan təklif), həm də təklifin ümumi məbləğini (bazarda mövcud olan bütün satıcıların təklifini) nəzərdən keçirmək mümkündür. İqtisadiyyatda əsasən məhsulun ümumi təklifi izah edilir. == Təklifin müəyyənediciləri == Təklifin dəyişməsinə, təklif əyrisinin sürüşməsinə səbəb olan amillər: resurs qiymətlərində, xammal və ya istehsalın maya dəyərinin dəyişməsi (artan məsrəflər təklifin azalmasına səbəb olur); texnologiyanın dəyişdirilməsi, məhsul tədarükünü artıran daha səmərəli istehsal müəssisələrinin yaradılması; digər, o cümlədən dəyişdirilə bilən malların qiymətlərində dəyişikliklər; vergilərdə və subsidiyalarda dəyişikliklər (artan vergilər xərclərin artmasına səbəb olur, bu da təklifi azaldır və əksinə); gözlənti perspektivlərinin dəyişməsi (qiymət artımı gözləntisi — təklif azalır; qiymətin azalması gözləntisi — təklif artır); təchizatçıların və istehsalçıların sayında dəyişiklik. == Təklifdə dəyişiklik == Təklifin müəyyənediciləri təklif əyrisini, təklifin artması sağa, təklifin azalması əyrini sola sürüşdürür. == Təklif miqdarında dəyişiklik == Təchiz edilən kəmiyyətin dəyişdirilməsi təklif əyrisinin bir nöqtəsindən digər nöqtəsinə keçmək deməkdir. Təklifin kəmiyyətini dəyişən və təklif əyrisi boyunca hərəkət edən amil sözügedən məhsulun qiymətindəki dəyişiklikdir.
Məftil modeli
Məftil modeli (eyni zamanda məftil qəfəs modeli də adlanır) — hissələrin 3D modellərini vizuallaşdırmaq və 3D qrafiklərin modelləşdirilməsinə xidmət edir. Məftil modelinə kompyüter qrafikasında həm də til modeli deyilir, çünki verilmiş modelin tilləri məftil və xətlər vasitəsilə əlaqələndirilir. Məftil modeli kompyüter qrafikasında tətbiq olunan köməkçi alət rolunu oynayır. O, hissə haqqında məlumatı transparent şəkildə təsvir edir və digər modellərə nisbətən çox az hesablama vaxtı tələb edir. Məftil model 3D təsvirin ən sadə formasıdır. Sərhəd xəttləri bu modeldə bir-biri ilə bir başa əlaqədə olmadığından hissənin məftil modelinin yanlış intrepretasiya oluna bilmək təhlükəsi vardır. Buna baxmayaraq məftil modelindən hissələrin cizgilərinin hazırlanmasında, hissənin fəzada vəziyyətinin təyini, transformasiyaların təsviri və proyeksiyalar üçün istifadə olunur. Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
OSI Modeli
OSI Modeli (Açıq Sistemlərin Etalon modeli, ing. Open Systems Interconnection Basic Reference Model, 1978-ci il) — xəyali bir şəbəkə modeli. Yəni, heç bir yerdə OSI proqramı və ya OSI təchizatı deyilən bir şey görmək mümkün deyil. Ancaq proqram və təchizat istehsalçıları bu modeldə təsvir olunan qaydalar çərçivəsində malları istehsal edirlər və satışda olan mallar buna görə bir-biri ilə uyğunlaşa bilirlər. OSI modeli aparatların iş funksiyasını anlamaq və açıqlamaq üçün istifadə olunur. Məsələn, hab cihazlar gələn məlumatı sadəcə müəyyən elektrik siqnalları şəklində görən və bu siqnalları çoxaldıb, digər portlarına göndərən bir cihazdır. Bu hab-ların fiziki (1-ci lay) layda çalışan cihazlar olduğunu göstərir. Ancaq switch (sviç) adlanan cihazlar iki layda çalışırlar. Çünki 2-ci layda təsvir olunan MAC adresləri anlaya bilirlər və bir portdan gələn məlumat paketini(yenə elektrik siqnalları halında) sadəcə lazım olan porta (o portdakı kompüterin MAC adresini bildiyi üçün) yollaya bilirlər. Yönləşdiriciləri (router) olan üç layda işləyə bilən cihazlar bir az daha irəli gedib, 3-cü layda məlumat paketinə əlavə olunan IP adres kimi məlumatları da oxuya bilirlər.
Solou modeli
Solou modeli (Solou — Svon modeli , ing. Solow model) — ekzogen qənaət dərəcəsinə və neoklassik istehsal funksiyasına əsaslanan ekzogen iqtisadi artım modeli. Solou modeli iqtisadi artımın bütün müasir modelləri üçün başlanğıc nöqtəsi hesab olunur və o, kapitalın dəyişmə sürətinin təhlili üçün lazımi riyazi əsas verir. Model bütün makroiqtisadi nəzəriyyələrə təsir göstərmişdir. 1956-cı ildə Robert Solou və Trevor Svon tərəfindən eyni vaxtda və müstəqil olaraq hazırlanmışdır. Modelin çatışmazlıqlarından biri əmanət normasının ekzogen xarakter daşımasıdır, yəni modeldə istehlakçıların optimallaşdırıcı davranışı nəzərə alınmır (bu davranışı nəzərə alan model iqtisadi artımın neoklassik modeli adlanır). Model həm də inkişaf etməkdə olan ölkələrdə faiz dərəcəsinin qeyri-real qiymətləndirilməsinə gətirib çıxarır. Solou modelinin meydana çıxmasından əvvəl iqtisadi artımı öyrənmək üçün ən çox yayılmış vasitə Harrod-Domar modeli idi. O, Keynsçi fərziyyələrə əsaslanırdı, yalnız makro səviyyəli məlumatlara (məcmu tələb, məcmu təklif və s.), fərdi istehlakçının və ya ayrı-ayrı firmanın mikrosəviyyəsinə məhəl qoymadan fəaliyyət göstərirdi və iqtisadi artımın mümkün mənfi nəticələrinə diqqət yetirirdi. xüsusilə işsizliklə bağlı.
Dyupont modeli
Dyupont modeli (Dyupont tənliyi, Dyupont düsturu; ing. DuPont equation, DuPont Model, DuPont analysis) — istehsal səmərəliliyi, aktivlərdən istifadənin səmərəliliyi və maliyyə rıçaqları ilə ifadə olunan kapitalın gəlirliliyi; gəlirlilik dəyişikliyinin hansı amillərə görə baş verdiyini müəyyən edən dəyişdirilmiş amil təhlili. Adı 1920-ci illərdə bu düsturdan istifadə etməyə başlayan Dyupontdan gəlir. == Düsturu == Amerikalı professor Stiven Rossun tərifinə görə, DuPont tənliyi istehsal səmərəliliyi, aktivlərdən istifadənin səmərəliliyi və maliyyə rıçaqları vasitəsilə ifadə olunan kapitalın gəlirliliyinin göstəricisidir. Ağac strukturu şəklində amil modelinin əsasını kapitalın gəlirliliyi göstəricisi (ROE), atributları isə müəssisənin istehsal və maliyyə fəaliyyətini xarakterizə edən amillərdir. Sadə dillə desək, kapitalın gəlirliliyinə hansı amillərin daha çox və ya daha az dərəcədə təsir etdiyini öyrənmək üçün ROE-yə təsir edən amillər bölünür.